"Neftçi” növbəti qələbəsini qazanıb

"Neftçi” növbəti qələbəsini qazanıb

"Neftçi” PFK-nın U-17 komandası növbəti qələbəsini qazanıb. SİA-nın məlumatına görə, komanda Bakcell U-17 Liqasının 22-ci turunda "Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Gəncə şəhər TİM stadionunda keçirilmiş oyunda "Neftçi”nin qollarını İsmayıl Zülfüqarlı və Vüsal Əsgərov vurublar.

"Neftçi" bu qələbədən sonra 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə