Nizami rayonunda səyyar meydança
Ölkəmizdə futbolun kütləviliyinin təmin olunması və məhəllə futbolunun inkişafı məqsədilə AFFA səyyar meydança layihəsinin həyata keçirilməsini davam etdirir. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə AFFA tərəfindən Bakıda və Sumqayıtda səyyar meydançalar quraşdırılıb. Hər bir məhəllədə 1 həftə ərzində qalması nəzərdə tutulan bu tipli meydançalarda yaş həddindən asılı olmayaraq istənilən şəxs günün istənilən vaxtında futbol oynaya bilər. Növbəti belə səyyar meydança Nizami rayonundakı 277 saylı məktəbin ərazisində quraşdırılıb.
Bu layihə uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün "Futbol oynayaq, sağlamlığı qoruyaq" devizi altında ilikin olaraq Bakıda, sonra isə respublikanın digər bölgələrində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə