“Xəzər Lənkəran” tarixində belə hadisə olmamışdı

“Xəzər Lənkəran” tarixində belə hadisə olmamışdı

Unibank Premyer Liqasının X turu Azərbaycan milli komandasının sabiq futbolçusu Xaqani Məmmədov üçün əlamətdar olub. "Xəzər Lənkəran" klubunun rəsmi saytınada yayımlanan xəbərdə bildirilor ki, 34 yaşlı veteran futbolçu karyerasında ilk dəfə cənub təmsilçisinin kapitanı kimi meydana çıxıb. O, komandanın tarixinə kapitan sarğısı ilə meydana çıxan 17-ci futbolçu kimi düşüb.
Bununla da klubun tarixində qeyri-adi hadisə yaşanıb. Belə ki, "Xəzər Lənkəran"ın 6 illik tarixi ərzində iki qardaş kapitan qeydə alınmamışdı. Xaqaninin kiçik qardaşı, sabiq "xəzər lənkəran"lı Füzuli Məmmədov da vaxtilə sarğı ilə meydana çıxıb. Bu isə o deməkdir ki, komandanın kapitanları siyahısında iki qardaşa təsadüf olunur. Belə hadisə isə dünyada heç də hər gün rast gəlinən fakt deyil. Kapitan qardaşlar çox nadir hallarda tapmaq olar.
Xatırladaq ki, Füzulu 2008/09 mövsümünün Azərbaycan kubokunun 1/8 final mərhələsinin NBC (indiki "Muğan")la oyunlarında meydana kapitan kimi çıxmışdı. Həmin qarşılaşmaların - 2008-ci il oktyabrın 30-da Lənkəranda və noyabrın 6-da Salyanda baş tutan görüşlərin hər ikisində Məmmədov və komanda yoldaşları eyni hesabla qalib gəlmişdilər - 3:0.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın tarixində (bütün rəsmi yarışlar) 236 oyun olsa da bunların biri baş tutmayıb və komandaya "Şəfa" ilə matçda (2004/05 mövsümü) texniki qələbə verilib. Daha iki matçın isə nəticəsi ləğv olunduğundan həmin görüşlərdəki kapitanlıqlar nəzərə alınmır. Digər 234 qarşılaşmada isə ən çox kapitan sarğısını daşıyan Mahmud Qurbanov olub.
"Xəzər Lənkəran"ın kapitanları
1            Mahmud Qurbanov           59
2            Kamran Ağayev                 46
3            Emin Quliyev                      25
4            Samir Əliyev                       24
5            Zaur Ramazanov               23
6            Dmitri Kramarenko           19
7            Arif Əsədov                         14
8            Elmar Baxşıyev                  10
9            Bəxtiyar Musayev                4
10-12    Alim Qurbanov                    2
               Füzuli Məmmədov             2
               Junior Osvaldo                   2
13-17    Aleksandr Martyoşkin        1
              Ədəhim Niftəliyev                1
              Rəşad Abdullayev               1
              Rahid Əmirqulıiyev             1
              Xaqani Məmmədov            1

Bütün xəbərlər Facebook səhifəmizdə