Useyn Bolt “Borussiya”da oynayacaq

Useyn Bolt “Borussiya”da oynayacaq

Əfsanəvi atlet Useyn Bolt peşəkar futbolçu olmağa hazırlaşır. SİA-nın məlumatına görə, yamaykalı idmançı "Twitter" hesabında “Bfutbol klubu ilə müqavilə imzaladım”,- deyə yazıb. Bolt yeni klubunun adını sabah açıqlayacağını bildirsə də, Almaniya mətbuatı 32 yaşlı sabiq atletin Dortmund “Borussiya”sı ilə anlaşdığını iddia edir. Bir müddətdir komanda ilə məşqlərə qatılan Boltun mart ayından etibarən “Borussiya”nın heyətində meydana çıxması gözlənilir.

Qeyd edək ki, Useyn Bolt 100 və 200 metr məsafəyə qaçışda dünya rekordçusudur.

Bütün xəbərlər Facebook səhifəmizdə