Atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Minskdə atletika üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda ölkəmizi 10 atlet təmsil edib.

Üç təkanla tullanma yarışlarında milli komandamızın üzvü Səid Nəcəfzadə 14 metr 98 santimetr nəticə ilə gümüş medala sahib olub.

“Ümid” idman klubunun yetirməsi olan S.Nəcəfzadə yarışa şəxsi məşqçisi Elvin Əliyevin rəhbərliyi altında hazırlaşıb.

Qeyd edək ki, turnirdə 10 ölkədən 250-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə