Superliqada baş məşqçi istefası

Superliqada baş məşqçi istefası

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb. SİA-nın məlumatına görə, "Alanyaspor" Hikmət Karamanla yollarını ayırıb. Buna komandanın uğursuz çıxışı səbəb olub.

"Alanyaspor" yanvar ayında baş məşqçi postuna təyin olunan Karamanın rəhbərliyi altında 6 matçda 5 dəfə məğlub olub. Hazırda aktivində 21 xal olan Antalya təmsilçisi Super Liqada 15-ci pillədə qərarlaşıb.

Artıq "Alanyaspor"un yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, komandanı mövsümün sonunadək Məsut Bakkal çalışdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə