Neymar zədələnib

Futbol üzrə Fransa I Liqasının lideri PSJ ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, komandanın aparıcı üzvü Neymar sıradan çıxıb. Braziliyalı superulduz çempionatın 27-ci turunda "Marsel"lə matçda zədələnib. Qarşılaşmanın 76-cı dəqiqəsində ayağı burxulan futbolçu göz yaşları içində meydanı tərk edib. Neymarın zədəsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, PSJ "Marsel"i 3:0 hesabı ilə məğlub edib və 71 xalla zirvədəki mövqeyini möhkəmləndirib. Paris klubu ÇL-də ilk matçda 1:3 hesabı ilə uduzduğu "Real"ı martın 6-da qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə