Futbol üzrə Yunanıstan Superliqası çərçivəsində keçirilən PAOK - "Olimpiakos" matçı qonaqların məşqçisi Oskar Qarsiyanın xəsarət almasından sonra ləğv olunub. SİA-nın məlumatına görə, buna səbəb ona tribunadan atılan əşya olub. Matçın başlamasına bir neçə dəqiqə qalmış PAOK-un fanatları ispan mütəxəssisə kassa aparatında istifadə edilən kağız rulonu atıblar. Əşya məşqçinin üzünə dəyib. Nəticədə onun dodağı partlayıb. O.Qarsiyaya tibbi yardım göstərilib. O, xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB