Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda “Keşlə" klubu doğma meydanda “Sumqayıt"ı qəbul edib. “İnter Arena”da keçirilən oyunda hesabı qonaqlar açıblar. Matçın 2-ci dəqiqəsində Tural Axundov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan 10 dəqiqə sonra Rail Məlikov avtoqola imza atıb -1:1.
Birinci hissə bu hesabla başa çatıb. Matçın ikinci hissəsinin sonunda qonaqlar yenidən fərqləniblər. Qarşılaşmanın 90-cı dəqiqəsində Rəşad Eyubov "Sumqayıt”ı hesabda önə çıxarıb.
Bu görüşdən sonra aktivində 27 xal olan "Sumqayıt" dördüncü pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB