Rusiyanın yığması Qış Olimpiya Oyunlarının qalibi olub

Rusiyanın yığması Qış Olimpiya Oyunlarının qalibi olub

Rusiyanın kişilərdən ibarət hokkey yığması 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının qalibi olub. SİA-nın verdiyi məlumata görə, qonşu ölkə millisi finalda Almaniyaya qalib gəlib.

Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Bu səbəbdən, 20 dəqiqəlik əlavə hissə təyin olunub. Bu zaman Rusiya millisi daha bir qol vuraraq, Olimpiya çempionu adını qazanıb.

Bu, Rusiya millisinin Olimpiadada ikinci qızıl medalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə