Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Nərimanov rayonunda yerləşən Təhsil RİM – nin üzgüçülük hovuzunda üzgüçülük idman növünün çoxnövçülüyü üzrə Bakı şəhər çempionatına start verilib. SİA-nın məlumatına görə, çempionatda "AZDBTİA", "Xətai UGİM", "Neft Akademiyası", "Təhsil RİM", "Start İƏK" kimi komandaları təmsil edən 100-ə yaxın idmançı mübarizə aparır.
Yarışın ilk günündə qadın idmançılarımız I gün 50 m sərbəst üsul sprint, 400 arxa üstə, 50 m brass, 200 m batterflyay, kişi idmançılarımız isə 50 m sərbəst üsul sprint, 100 m sərbəst üsul stayer, 400 arxa üstə, 50 brass, 200 batterflyay üsulları üzrə mübarizə aparıblar.
Hal-hazırda üzgüçülük idman növünün çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı davam edir. Çempionatın qalan günlərində kişi və qadın idmançılarımız sərbəst üsulda (stayerçilər üçün) 100m, 200m, 400m, 800m, sprintrlər üçün 50m, 100m, 50m, 200m məsafələrə, arxa üstə, brass, batterflyay növlərində 50m, 100m, 200m, 400m məsafələrdə güclərini sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB