İngiltərə Kubokunda “Arsenal” fırtınası - NƏTİCƏLƏR

İngiltərə Kubokunda “Arsenal” fırtınası - NƏTİCƏLƏR

Futbol üzrə İngiltərə Kubokunun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə,  "Aston Villa" "Barnli" ilə,  "Nyukasl" "Arsenal" ilə,  "Vest Hem" isə "Stok Siti" ilə qarşılaşıb.
"Arsenal" matça yaxşı başlayıb. "Nyukasl"ın qapısını top atəşinə tutan və bir çox qol vəziyyətini əldən çıxardan London komandası, hesabı maraqlı bir qolla açıb. Cərimə meydançasındakı qatışıqlıqda top qapı xəttinə qədər gəlib və müdafiəçi topu qapı xəttindən çıxartmaq istəyərkən qapıçı Tim Krulun başına dəyərək qapıya girib. İkinci hissədə də meydanda "Arsenal" fırtınası əsib. 53-cü dəqiqədə Teo Valkott fərqi ikiyə çatdırıb. 82-ci dəqiqədə danimarkalı Bentner uzaq məsafədən gözəl qola imza atarıb. Son sözü 88-ci dəqiqədə Valkott deyib. Beləliklə "Arsenal" "Nyukası"ı 4:0 hesabı ilə darmadağın edib.

Digər oyunların nəticələri:

"Aston Villa" - "Barnli" 2 - 1
"Vest Hem" - "Stok Siti" 3 - 1

Bütün xəbərlər Facebook səhifəmizdə