Almaniya Kuboku - NƏTİCƏLƏR

Futbol üzrə Almaniya Kubokunun II turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, "Ayntraxt Frankfurt" "Kommerzbank" stadionunda "Hamburq"u qəbul edib. Frankfurtlular "Hamburq"un qapısından 5 top keçiriblər. Qarşılığında isə öz qapılarında 2 top görüblər.
"Ayntraxt Frankfurt"un qollarını 13-cü dəqiqədə Sezar, 21 və 45-ci dəqiqələrdə Gekas vurub. 65-ci dəqiqədə Petrik avtoqola imza ataraq fərqi 4 topa çatdırıb. 87-ci dəqiqədə isə Halil Altıntop penaltidən qapını dəqiqi nişan alıb.

Digər oyunların nəticələri:

"Alemanyia" - "Mainz" 2 – 1
 "Ayntraxt Frankfurt" - "Hamburq" 5 - 2  
 "Halleşer" - "Duysburq" 0 - 3
  "Hoffenhaym" - "İnqolştadt" 1 - 0
 "Xemnitçer" - "Ştuttqart" 1 - 3
  "Elversberq" – "Nürnberq" 0 - 3
 "Offenbax" – "Borussiya" 0 – 0
"Monxenqladbax"- "Bayer Leverkuzen" 1 – 1

Bütün xəbərlər Facebook səhifəmizdə