NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib
NBC Bank Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, səfərdə "Şahdağ"ı 3:0 hesabı ilə məğlub edən "Gəncə" və MOİK komandasına 4:0 hesabı ilə qalib gələn "Abşeron" klubları NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsinə vəsiqə qazandılar. NBC Bank Azərbaycan kubokunun 7-8 dekabr 2010-cu il tarixlərində keçiriləcək 1/8 final mərhələsinin oyunlarında aşağıdakı cütlüklər qarşılaşacaq:
"Gəncə" - "Neftçi"
"Xəzər Lənkəran" - MKT "Araz"
"Qəbələ" - "Neftçi" İSM
"Bakı" - "Muğan"
"Simurq" - "Abşeron"
"Şuşa" - "İnter"
"Rəvan" - AZAL
"Qarabağ" - "Turan"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB