Türkiyə kubokunun pley-off mərhələsində bu gün Rəşad Sadıqovun forma geyindiyi "Eskişəhərspor" komandası da növbəti qarşılaşmasına çıxıb. SİA-nın məlumatına görə, aşağı divizion təmsilçisi "Dənizlispor"la qarşılaşan eskişəhərlilər gözlənilmədən məğlub olublar və kubok yarışlarının pley-off mərhələsində mübarizəni dayandırıblar.
Bu matçda Rəşad Sadıqova və əsas heyətin daha bir neçə futbolçusuna istirahət verən baş məşqçi Bülənt Uyğun, əsasən, ehtiyat heyətin oyunçularına şans verib. Nəticədə, yalnız bir dəfə fərqlənə bilən superliqa təmsilçisi, özünə nisbətən zəif rəqibinin iki dəfə qol vurmasına mane ola bilməyib və nəticədə meydandan məğlub ayrılıb – 1:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB