Ceyhun Əzizli: ““Gəncə”nin fanklubu ilə aranı yumşaltmaq üçün nə isə edəcəyik” - AÇIQLAMA

Ceyhun Əzizli: ““Gəncə”nin fanklubu ilə aranı yumşaltmaq üçün nə isə edəcəyik” - AÇIQLAMA

"İstəməzdik "Neftçi" - "Gəncə" oyununda fanklublar arasında qalmqal yaşansın". Bu sözləri SİA-ya açıqlamasında "UltraNeftçi" fanklubunun rəhbəri Ceyhun Əzizli deyib. O, qalmaqalın "Flaqman" fanklubu ilə "Gəncə" klubunun azarkeşləri arasında yaşandığını, belə halları dəstəkləmədiyini qeyd edib: ""Flaqman" da "Neftçini dəstəkləyir, bizim fanklub da. Gəncəyə hər iki fanklub gedecək. "Gəncə"nin fanklubu ilə aranı yumşaltmaq üçün nə isə edəcəyik. Dərinə gedilməyəcəyini ümid edirəm. Biz "Gəncə"nin fanklubu ilə dost-qardaş olacağıq".
Fanklub rəhbəri belə halların təkrarlanmayacağına çalışacaqlarını bildirib. O, bu barədə bu gün "Neftçi" klubunun bazasında iclas keçiriləcəyini də vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə