Bir neçə gün öncə "Sumqayıt" futbol klubunun prezidenti postundan istefa verən və "Neftçi"nin prezidenti təyin edilən Kamran Quliyev sabiq klubu ilə vidalaşıb. SİA-nın məlumatına görə, K.Quliyev Sumqayıt şəhər stadionunda olub. O, klubun əməkdaşları və komanda üzvləri ilə görüşərək onlarla vidalaşıb. Görüşdə K.Quliyevin gedişindən sonra onun tutduğu vəzifəni müvəqqəti icra edən klubun vitse-prezident Vaqif Ömərov da iştirak edib.
"Sumqayıt" rəhbərliyi və komanda üzvləri K.Quliyevə yeni işində uğurlar arzulayıblar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB