“Çox təsirsiz oyun göstərdik. Oyunboyu qapıya doğru yalnız bir zərbə vura bildik və uduzduq. Rəqibə yalnız bir fürsət verdik ki, həmin anda da qol buraxdıq”. Qol.az-ın məlumatına görə, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/8 finalında gözlənilmədən 1-ci liqa təmsilçisi “Viqan”a uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
İspaniyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında kuboku da qazanmaq hədəflərinin olduğunu bildirib: “Sıx təqvimə baxmayaraq, bu turnirdə də irəliləmək istəyirdik, lakin alınmadı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB