Hakim 9 qırmızı vərəqə göstərdi, oyun yarımçıq qaldı

Hakim 9 qırmızı vərəqə göstərdi, oyun yarımçıq qaldı

Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoria" və "Bahia" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan qovulması səbəbindən sona qədər oynanılmayıb. SİA-nın məlumatına görə, komandalar arasında görüş bazar günü keçirilib. Birinci hissədən sonra "Viktoria" 1:0 hesabı ilə öndə olub. Fasilədən sonra "Bahia" hesabı bərabərləşdirib. Ardınca meydanda dava düşüb. Nəticədə hakim "Baiha"nın 3, "Viktoria"nın 2 futbolçusunu meydandan qovub. Daha sonra isə fit sahibi hər klubdan daha iki futbolçunu cəzalandırmaq qərarına gəlib.

İkinci hissənin sonunda "Viktoria"nın daha 2 futbolçusu meydandan qovulub və bu komandanın tərkibində cəmi 6 futbolçu qalıb. Qaydalara görə, bir komadanın heyətində 7-dən az futbolçu qalarsa, matç davam etdirilə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə