"Qarabağ" klubu hazırlıqlara başlayıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həftəsonu derbidə "Xəzər-Lənkəran"ı qəbul edəcək komanda "Muğan"la oyunun ardından məşqlərə başlayıb. Salyan klubu ilə oyunun ertəsi meydana çxımayan futbolçular məşq edib, digərləri isə günü istirahətlə keçiriblər. Dünəndən isə "Qarabağ" tam heyətlə məşqlərə çıxıb. Suraxanı qəsəbə stadionu təmirdə olduğundan komanda məşqini Zabrat qəsəbə stadionunda reallaşdırıb. Zədəlilərdən Maksim Medvedev və Emin İmaməliyev artıq komandayla məşqlərdə iştirak edir. Samir Abasovun müayinəsi isə davam edir.
Bu arada Əfran İsmayılov artıq Bakıya dönüb. 22 yaşlı yarımmüdafiəçi artıq məşqçilərinin nəzarəti altında xüsusi proqramla çalışmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB