Azərbaycanın tələbə samboçuları Dünya Kubokda 5 medal qazanıblar

Azərbaycanın tələbə samboçuları Dünya Kubokda 5 medal qazanıblar
Sambo üzrə tələbələr arasında Dünya Kuboku başa çatıb. SİA-nın məlumatına görə, Çexiyanın Praqa şəhərində keçirilən yarışda Azərbaycanın şərəfini 6 idmançı qoruyub. Onlardan 5-i yarışda medal qazanmağa müvəffəq olub. Fərid Yusifov (52 kq), Xanoğlan Zülfüqarov (57 kq), İsmayıl Hüseynov (68 kq), Həmid Əliyev (74 kq) və Elşən Cəfərov (100 kq-dan yuxarı) gümüş medala layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə