Qol vurmaqdan doymayan “Real Madrid” “Real Mursiya”ya qol vura bilmədi

Qol vurmaqdan doymayan “Real Madrid” “Real Mursiya”ya qol vura bilmədi
La Liqada qol vurmaqdan doymayan "Real Madrid" İspaniya kubokundakı matçında qolsuz bərabərliyə imza atıb. SİA-nın məlumatına görə, İspaniya Kubokunda "Real Madrid" bu həftə "Real Mursiya"nın qonağı olub. Mourinyonun yetirmələri "La Kondomina"da revanş öncəsi qol vura bilməyiblər. Onların rəqibi də matçda fərqlənə bilməyib və oyun qolsuz bərabərliklə başa çatıb. Matça komandasını fərqli heyətlə çıxaran portuqaliyalı mütəxəssis, son həftələrdə oyunu ilə diqqət mərkəzində olan futbolçu Mesut Özili ehtiyatda saxlayıb. Ulduz futbolçu Kriştianu Ronaldo isə ilk 11-də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə