"Atletiko"nun səhmlərinin 17 faizi satıldı

"Atletiko"nun səhmlərinin 17 faizi satıldı

Çinin "Dalian Wanda Grup" şirkəti "Atletiko" futbol klubunun səhmlərinin bir hissəsini satıb. SİA-nın məlumatına görə, çinlilər "Quantum Pacific Group"la razılığa gəlib.

"Dalian Wanda Grup" 2015-ci ildə "Atletiko"nun səhmlərinin 20 faizini 45 milyon avroya satın almışdı. Klub stadionunun ad haqqına da sahib olan Çin şirkəti borclarını azaltmaq üçün əlindəki səhmlərin 17 faizini "Quantum Pacific Group"a satıb.

Qeyd edək ki, "Dalian Wanda Grup" şirkəti 2015-ci ildə "Fiorentina"nın da səhmlərinin 20 faizini 45 milyon avroya satın almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə