Formula 1 yarışının Filarmoniya tribunasına bilet qalmayıb - AÇIQLAMA

Formula 1 yarışının Filarmoniya tribunasına bilet qalmayıb - AÇIQLAMA

Aprelin 27-29-da keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb. SİA-nın məlumatına görə, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib: “Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 %-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib.

Digər tərəfdən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadır. Biz ötən həftə “Jamiroquay” müsiqi qrupunun 27 aprel tarixində Kristal Zalda konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq”.

Qeyd edək ki, hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 % daha ucuz qiymətə təklif olunur. Bu endirim yarışadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə