“Mançester Yunayted”in futbolçusu “Beşiktaş”la anlaşıb

“Mançester Yunayted”in futbolçusu “Beşiktaş”la anlaşıb

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaininin adı Türkiyə çempionu “Beşiktaş”la hallanmaqda davam edir. SİA-nın məlumatına görə, İngiltərə mətbuatı belçikalı futbolçunun “Beşiktaş”la anlaşma əldə etdiyini yazıb. Mövsümün sonunda “qırmızı şeytanlar”la müqaviləsi başa çatacaq Fellaini “qara qartallar”a azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2013-cü ildən “Mançester Yunayted”in heyətində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə