Rüfət Dadaşov komandasına qələbə qazandırıb

Rüfət Dadaşov komandasına qələbə qazandırıb

Almaniyanın “Dinamo” klubu Berlin kuboku çərçivəsində növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin təmsilçisi “Türkiyemspor” klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qalib ayrılıb – 2:1.

R.Dadaşov da bu görüşün iştirakçısı olub. Komandasının hər iki qolunu da məhz millimizin sabiq forvardı vurub.

"Dinamo" qələbə sayəsində adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Rüfət Dadaşov hazırda Regional Liqada 20 qolla bombardirlər yarışına başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə