Neymar: "Tur çox çətindir, ancaq imkansız deyil!"

Neymar: "Tur çox çətindir, ancaq imkansız deyil!"

Adı tez-tez "Real"la hallandırılan Neymar Parisdəki həyatından məmnunluğunu növbəti dəfə ifadə edib. SİA-nın məlumatına görə, Çempionlar Liqasının play-off matçında PSJ-nin "Real"a 1:3 hesablı məğlubiyyətindən sonra açıqlama verən barziliyalı ulduz Parisdəki yaşamından da danışıb: "PSJ ilə müqaviləm var. Komanda yoldaşlarımla xoşbəxtəm və sadəcə burdakı hekayəmi düşünürəm. Tur çox çətindir, ancaq imkansız deyil. Ötən mövsüm daha pisini yaşamışdıq, sonra öhdəsindən gəlməyi bacardıq. Ümid edirəm cavab oyununda istədiyimiz nəticəni qazanarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə