Anna Qurbanova və Aliyə Qaryeva İtaliyada illik klub çempionatında iştirak edirlər
Azərbaycanın tanınmış və təcrübəli gimnastı Anna Qurbanova İtaliyada A1 seriyasında ən güclü komandaların daxil olduğu birinci qrupda mübarizə aparır. SİA-nın məlumatına görə, əvvəlki kimi "Komense 1872" klubunu təmsil edən Annanın ilk turda lentlə hərəkətləri 26,05 balla qiymətləndirilib. Desio şəhərində keçirilən illik klub çempionatında gimnastımızın klubu artıq 26 xal toplayıb. "Komense 1872" hələ ki, 9-cu sırada yer alıb.
Noyabrın 6-da isə həmin ölkənin Aretso şəhərində klub çempionatının ikinci turuna start veriləcək. Bu turda digər Azərbaycan gimnastı Aliyə Qarayeva mübarizəyə qoşulacaq. O, A2 seriyasında aşağı dərəcəli divizyonda çıxış edən "Ritmika" komandasının tərkibində yarışacaq. Birinci turdan sonra Aliyə Qarayevanın daxil olduğu komanda 36 xalla üçüncü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB