“Bavariya” qapıçısı Sven Ulrayxla müqaviləni artırıb. Klubun saytında yer alan xəbərə görə, 30 yaşlı qolkiperin yeni sözləşməsinin müddəti 2021-ci ilədəkdir.
Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan Sven 2015-ci ildən "Bavariya"da çıxış edir. Almaniya qapıçı bu mövsüm 27 oyunda meydana çıxıb. O, əsas qapıçı Manuel Noyerin zədələnməsindən sonra oynamaq şansı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB