UEFA AFFA-ya 3 ulduz verib

UEFA ölkəmizdə kütləvi futbolla bağlı həyata keçirilən çoxsaylı tədbirləri yüksək qiymətləndirərək AFFA-ya 3 ulduz təqdim edib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2008-ci ildə Avropa futbol qurumunun bu proqramına qoşulan AFFA qısa vaxt ərzində bu sahədə böyük layihələr tətbiq etməklə yüksək nailiyyətlər qazanıb.

Ölkəmizdə futbol ailəsinin üzvü 1320 nəfərdən 13670 nəfərə qədər yüksəlib. Bütün bu işlərlə bağlı ölkəmizdə monitorinq aparan UEFA rəsmiləri tədbirlərdən razılıqlarını bildiriblər.

Onu da qeyd edək ki, AFFA-nın bu istiqamətdə fəaliyyətinin yayılması məqsədilə UEFA noyabrın 1-dən 4-dək Bakıda kütləvi futbolla bağlı seminar keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə