Avropa çempionatında fərqlənən idmançılar mükafatlandırılıb - FOTOLAR
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi, ötən həftə Rusiyanın Soçi şəhərində Yeniyetmə və Gənclərin Avropa çempionatında uğurla çıxış edən seçmə komandanın üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, AMKF-nin prezidenti Yaşar Bəşirov və federasiyanın 1-ci vitse-prezidenti Fərid Əsgərov 4 qızıl, 1 gümüş və bürünc medal qazanan idmançılarımızı təbrik edərək, bu nəticəni aşağı yaş qruplarında tarixi uğur kimi dəyərləndirib. Federasiya rəhbərliyi dövlət tərəfindən göstərilən diqqət və qayğını vurğulayaraq, Azərbaycanın idman ölkəsi imicinin qorunması üçün bundan sonra da məsuliyyətlə çalışmağın və yüksək nəticələr göstərməyin əsas məqsəd kimi qarşıya qoyulduğunu xatırladıb.
Yeniyetmə və gənclər seçmə komandasının məşqçisi Anar Allahverdiyev qitə çempionatına hazırlıq işlərində lazımi dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib.
Görüş zamanı həmçinin növbəti yarışlara hazırlıq məsələləri müzakirə olunub. Yığıncağın sonunda Avropa çempionatında fərqlənən idmançılar mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB