"Sabah" növbəti transferini reallaşdırıb

"Sabah" növbəti transferini reallaşdırıb

Birinci Divizion təmsilçisi "Sabah" növbəti transferini reallaşdırıb. SİA-nın məlumatına görə, müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək.
Qeyd edək ki, "Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə