“Pxençan-2018” kiber hücumlara məruz qalıb

“Pxençan-2018” kiber hücumlara məruz qalıb

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının mətbuat mərkəzi, veb saytları, televiziya və internetə aid digər resursları kiber hücumlara məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu haqda Oyunların səlahiyyətli nümayəndələri məlumat veriblər.

Dünya mətbuatında yayılan qeyri-rəsmi xəbərlərdə kiber hücumların sözügeden Olimpiadaya qoşulmağı qadağan edilmiş Rusiyanın təşkil etdiyi iddia olunsa da, bunun haradan həyata keçirildiyi haqda rəsmi məlumat yoxdur.

“Pxençan-2018”in mətbuat katibi Sunq Baik hücumların hansı ölkədən təşkil edildiyini açıqlamayıb. O, sadəcə olaraq kiber hücumlardan sonra resursların yeniləndiyini bildirib. Mətbuat katibi baş verənlərin səbəbinin gizli saxlanıldığını qeyd edib. S.Baik hücumların hansı ölkə tərəfindədn təşkil edildiyini açıqlamayacaqlarını və bu mövzuda heç bir şərh verməyəcəklərini vurğulayıb.

Beynəlxalq Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Mark Adams da hazırda kiber hücumlar haqqında heç bir məlumatın ictimaiyyətə açıqlanmayacağını, ancaq sonra ümumi hesabatın paylaşılacağını bildirib. M.Adams kiber hücumların Olimpiadanın keçirildiyi şəhərin sərhəddinə 80 km yaxınlıqdan təşkil edildiyini vurğulayıb.

Rusiya tərəfi isə dünya mətbuatına açıqlamasında ittihamları qəbul etmədiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyindən “Əlbəttə, dünyaya heç bir dəlil təqdim olunmayacaq”, -deyə bildirilib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə