Fevralın 11-də futbol üzrə Türkiyə Super Liqasının 21-ci turunun növbəti oyunları keçirilib. "Fənərbaxça" səfərdə "Başakşehir" ilə üz-üzə gəlib. Çempionluq uğrunda mübarizə aparan iki komandanın qarşılaşmasında "Fənərbaxça" 2:0 hesabı ilə qələbə qazanıb. Beləliklə "Fənərbaxça" çempionatın liderini məğlub edərək turnir cədvəlində üçüncü sıraya yüksəlib və "Başakşehir" ilə arasında olan xal fərqini azaldıb.
Qeyd edək ki, bu mövsüm çempionatda "Fənərbaxça"nın meydanında oynanılan matçda "Başakşehir" komandası 3:2 hesab ilə üstün olmuşdu.
Fevralın 12-də keçiriləcək turun son oyununda "Qalatasaray" komandası "Antalyaspor"u məğlub edəcəyi təqdirdə Türkiyə Super Liqasının yeni lideri olacaq. Turun dünən keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Akhisarspor" – "Bursaspor" - 1:0,
"Kayserispor" – "Sivasspor" - 1:1,
"Alanyaspor" - "Konyaspor" - 1:2.
Qeyd edək ki, hazırda hesabında 43 xal olan "Başakşehir" turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" və "Fənərbaxça" 41 xalla ikinci-üçüncü yerləri bölüşürlər. "Beşiktaş" 40 xalla dördüncü, "Kayserispor" isə 35 xalla beşinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB