Yeniyetmə həndbolçularımızın ilk qələbəsi

Yeniyetmə həndbolçularımızın ilk qələbəsi

Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol yığması Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə ilk qələbəsini qazanıb. Azərbaycan Həndbol Federasiyasından SİA-ya verilən xəbərə görə, komandamızın növbəti rəqibi Minskin eyni yaş qrupunu təmsil edən kollektivi olub. Belarus həndbolçuları ilə maraqlı mübarizədən Azərbaycan komandası qalib ayrılıb - 25:21. Xatırladaq ki, həndbolçularımız beynəlxalq turnir çərçivəsində keçirdikləri əvvəlki oyunlarda eyni yaş qrupundan olan Moskva komandasına 19:27, Krasnodar kollektivinə 24:25 hesabı ilə məğlub olublar. Krasnodar şəhərinin 2002-ci il təvəllüdlü qızlardan ibarət komandası ilə görüşdə isə qalib müəyyənləşməyib - 22:22. Beynəlxalq yarışa fevralın 12-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə