“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 15-ci turunda "Qarabağ"la oyundan (0:0) sonra mətbuat konfransı keçirib. O, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Çox yaxşı komandaya qarşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədir. Rəqibin oyunçularının fərdi ustalıq qabiliyyəti çox yaxşı idi. Ancaq onları zərərsizləşdirə bildik. Nəticəni qənaətbəxş sayıram.
- Nəticəni qənaətbəxş saydığınızı dediniz. Bura heç-heçə üçün gəlmişdiniz?
- Əlbəttə, istəyərdik ki, bu matçda təkqapı oynayaq. Bu gün nəticədən razı qaldım. Mən artıq buna cavab verdim. “Qarabağ” da çempion olmaq istəyir. Buna görə, rəqib meydanında heç-heçə yaxşı nəticədir. Komandamdan razı qaldım.
- Dabonun zədəsi nə yerdədir?
- Hələ ki, heç nə bəlli deyil. Sabah ya birisigün onun vəziyyətinə aydınlıq gələcək.
- Qış fasiləsində Ekiqo Ehiosun komandanı tərk etsə də, hücum xəttinə transfer edilmədi. Bu, mövsümün gedişində komandaya problem yaratmayacaq ki?
- Əlbəttə, bizə hücumameyilli futbolçu lazımdır. Xüsusilə, “Qarabağ” kimi komandaya qarşı bizim belə oyunçuya ehtiyacımız var. Ancaq bu cür futbolçunu tapmaq heç də asan deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB