Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci tura start verilib. Bu turun mərkəzi görüşü də ilk oyun günündə keçirilib. London derbisində “Tottenhem” öz meydanında “Arsenal”ı qəbul edib. Bir qolun qeydə alındığı görüşdə "Tottenhem" inamlı qələbə qazanıb. Matçın 49-cu dəqiqəsində Harri Keyn “Arsenalı”ı meydanın mərkəzinə dəvət edib. Qarşılaşma 1:0 hesabı ilə “Tottenhem”in xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB