I Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu cəlb edib. SİA-nın məlumatına görə, paytaxt klubu Əliağa Xudiyev, Vüsal Səfərov və Hüseyn Əliyevi transfer edib.
24 yaşlı yarımmüdafiəçi Əliağa Xudiyev daha öncə "Zirə" və "Qaradağ Lökbatan"ın heyətində çıxış edib.
Son klubu "Xəzər" olan Vüsal Səfərov peşəkar karyerası ərzində "Şahdağ" (Qusar) və "Qaradağ Lökbatan"ın heyətində də çıxış edib.
“Neftçi”nin yetirməsi hesab olunan 24 yaşlı müdafiəçi Hüseyn Əliyev isə daha öncə "Şuşa" və "Şahdağ" (Qusar) klublarının formasını geyinib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB