Üzgüçülük üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq çempionat oktyabrın 2-dən 30-dək davam edəcək. Yarışda idmançılar müxtəlif məsafələrə sərbəst üsulla sprint, arxa üstə, bras, batterflyay üsulu ilə mübarizələrə qatılacaqlar.
Yarışın keçirilməsində əsas məqsəd Bakı şəhərində üzgüçülük idman növünü təbliğ və inkişaf etdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, gəncləri üzgüçlük idmanı ilə müntəzəm məşğul olmağa cəlb etmək, idmançıların ustalıq səviyyəsini artırmaqdır.
Qeyd edək ki, yarışlar şəxsi xarakter daşıyır. İştirakçıların sayı qeyri-məhduddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB