"Zirə" daha bir futbolçu ilə anlaşıb

"Zirə" daha bir futbolçu ilə anlaşıb

"Zirə" heyətinə daha bir futbolçu cəlb edib. SİA-nın məlumatına görə, Moldova millisinin üzvü Aleksandr Dedovla razılıq əldə olunub.
Bu gün Bakıya gələcək 28 yaşlı yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, son olaraq "Milsami"də oynayan futbolçu “Daçiya”, “Şerif”, “Zimburu” və “Tırqu Mureş” kimi klublarda da çıxış edib. O, Moldova millisinin heyətində yanvarın 30-da yığmamızla keçirilən yoldaşlıq oyununda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə