Pxençan-2018: İdmançıların paradında Azərbaycan komandasının keçidi olub - FOTOLAR
Koreya Respublikasının Pxençan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi davam edir. Hazırda idmançıların paradı keçirilir. SİA-nın məlumatına görə, iştirakçı ölkələrin ənənəvi paradında Azərbaycan komandasının keçidi olub. Ölkəmizin bayrağını Patrik Braxner aparıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə MOK-un baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digərləri daxildir.
Pxençan-2018 Qış Olimpiadası Azərbaycan yığması üçün altıncı olimpiadadır. Ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda slalom və böyük slalom yarışlarında Azərbaycanı Patrik Braxner təmsil edəcək. Atlet Pxençan-2018-ə lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.
Pxençan-2018 Olimpiya Oyunlarında 92 ölkədən 2900-dan çox idmançı iştirak edəcək. Bu, indiyə qədər Qış Olimpiadalarında iştirak edən idmançıların sayına görə rekord nəticədir. Oyunlara ən çox idmançı ilə Amerika Birləşmiş Ştatları təmsil olunur - 242 atlet.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB