"Flaqman": "Neftçi"ni istəməyən qüvvələr bizi təxribata sürükləmək istəyirlər"

"Flaqman": "Neftçi"ni istəməyən qüvvələr bizi təxribata sürükləmək istəyirlər"

"Flaqman" Azad Azarkeşlər Klubu İctimai Birliyi "Neftçi" – "Gəncə" oyunundan sonra bəyanat yayıb. "Neftçi"ni mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kluba fan-klubun prezidenti Ceyhun Bədəlzadə,  idarə heyətinin üzvləri Məmmədəli Nəsirovla Zaur Ərəbovun imzaları ilə daxil olan bəyanatda deyilir:

"Gəncə" Azərbaycanın köklü futbol klublarından biridir. Bu komandanın futbol elitasına qayıtmasına çox sevinirik. Gəncə futbolunun inkişafına görə də çox şadıq. Hətta "Gəncə" elitaya qayıdanda biz onları təbrik də etmişik. 2005-ci ildə "Neftçi" ilə "Xəzər-Lənkəran" komandaları arasında Gəncə şəhərində baş tutan "Qızıl oyun"da yerli azarkeşlərin bizim doğma komandamızı dəstəkləməsi "Gəncə" futbol klubunun azarkeşləri ilə xoş münasibətimizin olmasına bariz sübutdur. Bəyan edirik ki, "Neftçi" – "Gəncə" oyunundan sonra stadiondan kənarda baş verən hadisələrdə "Flaqman" fan-klubunun heç bir günahı yoxdur. Sadəcə, "Neftçi"ni istəməyən qüvvələr bizi təxribata sürükləmək istəyirlər. Bir daha bildiririk ki, bizimlə "Gəncə" futbol klubunun fanatları arasında yalnız dostluq münasibətləri mövcuddur. Bizim onlarla heç bir problemimiz yoxdur, ola da bilməz!"

Bütün xəbərlər Facebook səhifəmizdə