“Milan” səfərdə “Napoli”ni məğlub etdi

“Milan” səfərdə “Napoli”ni məğlub etdi

İtaliya A seriyasının 8-ci turuna yekun vurulub. SİA-nın məlumatına görə, turun son matçında "Napoli" "Milan"-ı qəbul edib. Oyunda qonaqlar qələbə qazanıblar. Belə ki, qarşılaşmanın 22-ci dəqiqəsində Robinyo hesabı açıb. Birinci hissə bu hesabla bitib.  72-ci dəqiqədə isə İbrahimoviç hesabdakı fərqi 2 qola çatdırıb. Bundan  6 dəqiqə sonra isə Lavezzi buraxılan qollardan birinin əvəzini çıxa bilib. Oyun 2:1 hesabı ilə "Milan"ın xeyrinə başa çatıb.

 

 

Oyunların nəticələri:

 

"Fiorentina" – "Bari" 2:1

"Parma" – "Roma" 0:0

 "Bologna"– "Yuventus" 0:0

 "Kievo" – "Kesena" 2:1

"Genua" – "Katania" 1:0

"Latsio" – "Kalyari" 2:1

"Lekke" – "Breskia" 2:1

"Udineze" – "Palermo" 2:1

"İnter" – "Sampdoria" 1:1

"Napoli" – "Milan" 1:2

Bütün xəbərlər Facebook səhifəmizdə