David de Xea əlavə maaş tələb edir

David de Xea əlavə maaş tələb edir

"Mançester Yunayted"in qapıçısı David de Xea klub rəhbərliyindən maaşının artırılmasını tələb edib. "The Sun" nəşri yazır ki, 27 yaşlı qolkiper illik ən azı 20 milyon avro qazanmaq istəyir. Bu, baş verəcəyi təqdirdə, de Xea klubun ən çox maaş alan ikinci oyunçusu olacaq.

Qeyd edək ki, "MY"da ən çox yeni transfer Aleksis Sançes maaş alır. Onun illik maaşı 30 milyon avrodur. Xatırladaq ki, de Xeanın "MY" ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır. Onunla "Real"la maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə