AMADA-nın direktoru: “AAAF Beynəlxalq Federasiya qarşısında bir sıra öhdəliklər götürüb” - AÇIQLAMA

AMADA-nın direktoru: “AAAF Beynəlxalq Federasiya qarşısında bir sıra öhdəliklər götürüb” - AÇIQLAMA

“Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) dopinqlə bağlı bir sıra porblemlər yaşanır. Hazırda onlar bir illik diskvalifikasiya müddətindədirlər. Ancaq AAAF Beynəlxalq Federasiya qarşısında bir sıra öhdəliklər götürüb”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

O qeyd edib ki, AAAF-da antidopinq istiqamətində böyük işlər görülür: “Federasiyada bir çox təlim-məşq toplanışları keçirilir. Hiss olunur ki, dopinqlə böyük mübarizə aparılır. Düşünürəm ki, bunun bir nəticəsi olmalıdır”.

AMADA-nın direktoru vurğulayıb ki, boks idman növü üzrə də testlər götürülüb: “Hələ ki, bu haqda danışa bilmərəm. Testlər laboratoriyaya göndərilir və iki həftə ərzində cavablar gəlir. Müsbət nəticə aşkarlanandan sonra dinləmələrə start verilir. Bu, uzun prosesdir”.

O yenilikcə futbolçulardan da nümunələr alındığını vurğulayıb: “Komandalar Türkiyədə təlim-məşq toplanışında idilər. Biz Almaniya şirkəti vasitəsi ilə orada gözlənilmədən geniş test keçirdik. Artıq 8 nəfər futbolçunu da test qrupuna daxil etmişik. Onlar da bizə məkan məlumatlarını verəcəklər”.

Ş.Hüseynli əlavə edib ki, ilin əvvəlindən 80-ə yaxın test götürülüb: “Çalışırıq respublika çempionatlarında birinci yerə çıxan idmançıların hamısından test götürək ki, yarışın nəticələri ədalətli olsun”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə