5-10 noyabr 2010-cu il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turniri, noyabrın 11-13-də isə, gənclər arasında "Hünər meydanı" Respublika turniri keçiriləcək. SİA-nın məlumatına görə, hər iki turnirin nəticələrinə əsasən yeniyetmə və gənclərdən ibarət yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşəcək.
Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində 5-6 noyabrda sərbəst güləşçilər, 8 noyabrda turnirdə ilk dəfə iştirak edəcək yeniyetmə və gənc qızlar öz aralarında ən güclüləri müəyyən edəcək.
Noyabrın 9-10-da isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. "Hünər meydanı" Respublika turnirinin proqramına əsasən, noyabrın 11-12-də yunan-Roma güləşçiləri, 12-13-də isə sərbəst güləşçilər mübarizə aparacaq.
Turnirlərdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Respublika turniri zamanı görüşləri AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun başçılığı altında beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov, Fərəqət Cəlalov, Qərib Əliyev, Zakir Məmmədov, Xanmirzə Məlikəliyev, Hüseynağa Əhmədov, Elman İsmayılov, Vaqif Zeynallı, Asif Şirəliyev, İntiqam Alıyev, Sədi Quliyev, Zakir Məmmədov və Vasif Əliyev, milli hakimlər Rövşən Azadov, Natiq Hacıyev, Vüqar Şükürov, Hidayət Mehdiyev, Əbdül Nuriyev, Kamran Əliyev, Tural Əliyev, Mahir Zaalov və Asif Əliyev idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB