"Bakı" və "Neftçi"nin baş məşqçisi kimi Azərbaycan çempionu olan, eyni zamanda ölkə kubokunu qazanan və ən əsası Avropa Liqasının qrup mərhələsinə komanda çıxran ilk azərbaycanlı məşqçi kimi tarix yazan Böyükağa Hacıyevin səhhəti pisləşib. SİA-nın məlumatına görə, təcrübəli məşqçi infarkt keçirib və əməliyyat edilib.
Qeyd edək ki, 59 yaşlı Hacıyev məşqçilik karyerası ərzində "Qarabağ", "Araz Naxçıvan", "Maşınsazi", "Traktor Sazi", "Bakı", "Standart" və "Neftçi" kimi komandaları çalışdırıb. O, 2005-ci ildə Azərbaycan millisində köməkçi-məşqçi kimi fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB