PFL yeni sponsorla müqavilə imzalayıb

PFL yeni sponsorla müqavilə imzalayıb

Bu gün Peşəkar Futbol Liqası (PFL) yeni sponsorla müqavilə imzalayıb. SİA-nın məlumatına görə, müqaviləyə əsasən, bundan sonra bir il müddətində futbol üzrə Azərbaycan Kubokunun rəsmi sponsoru NBC Bank olacaq. Müqavilənin şərtlərinə görə, Azərbaycan kuboku bir il müddətinə NBC Bank Azərbaycan Kuboku adlandırılacaq. Bu gün təşkil olunan mərasimdə müaqvilələrə PFL prezidenti Ramil Musayev və NBC Bankın idarə heyətinin sədr müavini Fuad Qənbərov imza atıb. PFL prezidenti tədbir iştirakçılarını salamlayaraq yeni müqavilə haqqında məlumat verib. O, Azərbaycan futbolunun inkişafını xüsusi vurğulayaraq hazırda Azərbaycan çempionatının dünyanın ən qabaqcıl 30 çempionatı arasında olduğunu qeyd edib.

Daha sonra çıxış edən F.Qənbərov təmsil etdiyi bankın bu müqaviləni Azərbaycan futboluna dəstək naminə bağladığını deyib. O, bu müqaviləyə xərclənəcək məbləği başqa yollarla bankın daha səmərəli reklamına xərcləyə biləcəkləri, amma Azərbaycan futboluunu inkişaf etdirilməsi üçün bu variantı seçdiklərini bildirib.

Qeyd edək ki, NBC Bank hər mərhələnin ən yaxşı futbolçusunu, bombardirini, qapçısını, hücumçusunu və bu istiqamətdə ən yaxşı yazan media nümayəndəsini mükafatlandıracaq.

Nəzərinizə çatdıraq ki, NBC Bank 17 dekabr 1992-ci ildə yaradılıb. NBC Bank baş ofisdən əlavə, xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt və Gəncə filialı olmaqla 7 filial və 1 saylı, 2 saylı şöbələr olmaqla 2 valyuta şöbəsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə