Fevralın 6-dan Fələstin dövlətində “Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” mövzusunda konfrans öz işinə başlayıb. Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransın açılışı zamanı Mərakeş, Bəhreyn krallığı, Küveyt, Pakistan, Qətər, İordaniya, Türkiyə və digər ölkələrin idmana məsul nazirləri çıxış ediblər.
Açılış mərasiminin sonunda Fələstin dövlətinin prezidenti Mahmud Abbasın çıxışı dinlənilib.
“Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” konfransının açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti, bu istiqamətdə qəbul olunmuş Dövlət Proqramları, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlər, layihələr haqqında məlumat verib. Nazir eyni zamanda, islam dünyası gənclərinin bəşəriyyətdə sülhün inkişafına, insanlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir gəstərəcəyini xüsusi olaraq diqqətə çatdırıb.
A.Rəhimov tədbir zamanı müxtəlif ölkələrin idmana məsul nazirlərini bu ilin aprel ayında Bakıda keçiriləcək Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransına dəvət edib.
İl boyu planlaşdırılan proqramlar Qüdsün tarixinə dair biliklərin beynəlxalq aləmdə artırılmasına kömək edəcək, müsəlman ölkələrinin gəncləri arasında əməkdaşlıq, birgə iş və dostluq münasibətlərinin möhkəmlənməsinə yardımçı olacaqdır.
İki gün davam edən konfrans bu gun öz işini yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB