"Lester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez bu həftənin sonuna qədər komandanın məşqinə çıxmayacaq. SİA-nın məlumatına görə, əlcəzairli futbolçunun fevralın 10-da "Mançester Siti"yə qarşı oyunda meydana çıxması da sual altındadır.
Mahrez qış transfer pəncərəsində "şəhərlilər"in heyətinə qoşulmaq istəyirdi. O, "Lester"ə bu barədə sorğu göndərsə də, klub transfer təklifini qəbul etməmişdi. Həmin vaxtdan futbolçu məşqlərə gəlmir. 26 yaşlı yarımmüdafiəçinin komanda yoldaşları onu aralarına qəbul etməyə hazır olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB